Cəmiyyət

Xamis Seyranov: "Yanlış laboratoriya ölçmələri insan sağlamlığı üçün risk yaradır"

18 Jun 2026, 11:42 1 baxış
Xamis Seyranov: "Yanlış laboratoriya ölçmələri insan sağlamlığı üçün risk yaradır"
"Məhsulların keyfiyyətinin təsdiqlənməsində metroloji xidmətlərin rolu mühümdür". Oxu.az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktoru Xamis Seyranov qurumda təşkil olunan mediatur çərçivəsində deyib. "Azərbaycanda sahibkarın istehsal etdiyi və ya bazara təqdim etdiyi məhsul müəyyən keyfiyyət göstəricilərinə cavab verməlidir. Əgər məhsul keyfiyyət tələblərinə cavab vermirsə, qlobal rəqabətdə özünə yer tapa bilməyəcək və nəticədə bazardan çıxmağa məcbur qalacaq", - deyə X.Seyranov bildirib O qeyd edib ki, sahibkar anbarında nə qədər məhsul olduğunu, nə qədər məhsul satdığını və istehsal prosesinin hansı şəraitdə həyata keçirildiyini dəqiq bilməlidir: "Bütün bu əminliklər ölçmələrlə bağlıdır. Ölçülür və dəqiqləşdirilir. Bu ölçmələr də metroloji xidmətlər vasitəsilə təmin olunur. Yanlış laboratoriya ölçmələri insanların sağlamlığı üçün risk yarada bilər. Analiz nümunələrinin saxlanılması, daşınması və istifadə olunan reagentlərin ölçmələrinin dəqiqliyindən əmin olunmazsa, analiz nəticələri düzgün olmayacaq və insanlara həyati əhəmiyyətli yanlış məlumat verilə bilər".
Mənbə oxu.az

Oxşar Xəbərlər