Cəmiyyət

Prokuror "Arzum"a cəza istədi

18 Jun 2026, 11:00 9 baxış
Prokuror "Arzum"a cəza istədi

Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.


Axar.az Unikal.az-a istinadla xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.


Dövlət ittihamçısı Nərmin Tahirzadə ittiham nitqi ilə çıxış edərək məhkəməyə İlduzə Hacıyevanın 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməklə məhkəmə zalından həbs olunmasını təklif edib.


Proses çıxışlarla davam edir.

Mənbə axar.az

Oxşar Xəbərlər