Cəmiyyət
Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü başa çatıb
Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü yekunlaşıb. Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Bildirilib ki, test imtahanında 606 nəfər müəllim iştirak edib, 98% davamiyyət qeydə alınıb. "Bildiririk ki, bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 18 iyun saat 12:00-dan etibarən start veriləcək. Proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər. Qeyd edək ki, müraciətlərin qəbulu 18 iyul saat 12:00-a qədər davam edəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək. Bildiririk ki, Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 19 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 35 imtahan mərkəzində təşkil edilir", - deyə məlumatda qeyd edilib. Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi bu gündən başlayıb. Oxu.Az xəbər verir ki, müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 17-19 və 23-25 iyun tarixlərində keçirilicək. Qeyd edək ki, müəllimlərin sertifikatlaşdırılmasının test mərhələsi 35 mərkəzdə keçiriləcək. 2026-cı il üzrə sertifikatlaşdırma prosesində 23 mindən çox təhsilverən iştirak edəcək.
Mənbə
oxu.az