Cəmiyyət

Əhmədli qəsəbəsində baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA

17 Jun 2026, 14:46 14 baxış
Əhmədli qəsəbəsində baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA
Bakı şəhərinin Xətai rayonu, Əhmədli qəsəbəsində baş verən yanğın söndürülüb. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. "Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb", - deyə məlumatda vurğulanıb. Bakı şəhərinin Xətai rayonu, Əhmədli qəsəbəsində yanğın hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü yayımlanıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən fakt təsdiqlənib. Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. "Bununla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir. Əlavə məlumat veriləcək", - deyə nazirlikdən bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər