Cəmiyyət

Bakıda baş verən yanğın söndürüldü

17 Jun 2026, 14:40 8 baxış
Bakıda baş verən yanğın söndürüldü

14:00


Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın başlayıb.


Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.


Bildirilib ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.


***


Əhmədlidə açıq ərazidə baş verən yanğının qarşısı alınıb.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Mənbə axar.az

Oxşar Xəbərlər