Cəmiyyət
Göyçayda tufan təsərrüfata ciddi ziyan vurub - VİDEO
Göyçay rayonunda ötən gün axşam saatlarında baş verən güclü tufan təsərrüfata ciddi ziyan vurub. Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Kadrlarda əlverişsiz hava şəraitinin yaratdığı fəsadlar əks olunub.
Bildirilib ki, güclü külək və leysan yağışları nəticəsində rayonda bir sıra irigövdəli ağaclar kökündən qoparaq aşıb. Həmçinin bəzi yaşayış evlərinin dam örtüklərinə ziyan dəyib. Qeyri-sabit hava şəraitinin təsərrüfata vurduğu digər zərərlərin miqyası ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.

Mənbə
oxu.az