Cəmiyyət

Ağdamda yanğın başladı: Xocalıdan heyət cəlb edildi - Foto

13 Jun 2026, 17:33 2 baxış
Ağdamda yanğın başladı: Xocalıdan heyət cəlb edildi - Foto

Ağdamda 60 hektardan artıq ərazidə yanğın başlayıb.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Kəngərli kəndində açıq ərazidə quru ot və kol olan hissədə baş verib.


Əraziyə FHN-in Ağdam rayonunun yanğınsöndürən bölməsinin iki maşını və şəxsi heyəti cəlb olunub. Yanğın geniş əraziyə yayıldığından, əlavə olaraq FHN-in Xocalı rayon yanğınsöndürən bölməsinin bir avtomobili və şəxsi heyəti də köməyə cəlb edilib.


Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər