Cəmiyyət
Suriyadan gətirilmiş 23 Azərbaycan vətəndaşı sosial xidmət müəssisəsinə yerləşdirilib - FOTO
Azərbaycan Hökuməti tərəfindən Suriyadan repatriasiya edilmiş yeddisi qadın, 16-sı uşaq olmaqla daha 23 Azərbaycan vətəndaşı Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib. Oxu.Az xəbər verir ki, bu barədə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib: "Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaqlar". Qeyd olunub ki, son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-dən çox şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az