Cəmiyyət

Suriyadan gətirilmiş Azərbaycan vətəndaşları…

13 Jun 2026, 14:14 11 baxış
Suriyadan gətirilmiş Azərbaycan vətəndaşları…

Azərbaycan Hökuməti tərəfindən Suriyadan repatriasiya edilmiş 7-si qadın, 16-sı uşaq olmaqla, Azərbaycanın daha 23 vətəndaşı Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.


Bu barədə Axar.az-a Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.


Bildirilib ki, repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib.


Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaq.


Qeyd olunub ki, son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-dən çox şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib.

Mənbə axar.az

Oxşar Xəbərlər