Cəmiyyət

Nərminə Həsənova: "Ümid edirəm ki, hər zaman olduğu kimi bizim uşaqlar yenə də ən yüksək nəticə göstərəcəklər"

13 Jun 2026, 13:14 2 baxış
Nərminə Həsənova: "Ümid edirəm ki, hər zaman olduğu kimi bizim uşaqlar yenə də ən yüksək nəticə göstərəcəklər"
"Beynəlxalq arenada bizim milli komandamız iki dəfə dünya çempionu olub, bir dəfə isə ikinci yerə layiq görülüblər". Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "MiniBoss Business School Baku"nun təsisçisi Nərminə Həsənova deyib. O bildirib ki, şagirdlərimizin təqdim etdikləri məhsullar və layihələr çox maraqlı və qeyri-adi idi: "Yetmişdən çox iştirakçını 33 ölkədən olan münsiflər heyəti qiymətləndirirdi". "Davosda keçiriləcək dünya çempionatına dünyanın bir çox ölkəsindən əllidən çox layihə təqdim olunacaq. Ümid edirəm ki, hər zaman olduğu kimi bizim uşaqlar yenə də ən yüksək nəticə göstərəcəklər", - deyə təsisçi vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər