Cəmiyyət

Azad olunmuş ərazilərdə Qan Bankının regional bölmələri yaradılacaq

13 Jun 2026, 12:40 2 baxış
Azad olunmuş ərazilərdə Qan Bankının regional bölmələri yaradılacaq
Yaxın zamanlarda azad olunmuş ərazilərdə Qan Bankının regional bölmələrinin yaradılması planlaşdırılır. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramiq Quliyev Ümumdünya Qan Donoru Gününə həsr olunan tədbirdə deyib.
O hazırda ölkə üzrə Qan Bankının 8 regional bölməsinin olduğunu vurğulayıb: "Yaxın vaxtlarda azad edilmiş iki iqtisadi rayonda da regional bölmənin açılması planlaşdırılır". R.Quliyev əlavə edib ki, 2024-cü ilin iyul ayında qəbul edilmiş qərara uyğun olaraq bu sahənin inkişafı və qan xidmətinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb: "Qanunvericilik bazasının möhkəmləndirilməsi, könüllü və təmənnasız donorluğun təşviqi bu sahədə əsas prioritetlərdəndir. Bu gün Dünya Qan Donoru Gününün qeyd olunmasının əsas məqsədi də məhz insanları könüllü qanverməyə təşviq etmək, donorların cəmiyyət üçün əhəmiyyətini vurğulamaqdır. Bir donorun verdiyi qan bir, bəzən isə bir neçə insanın həyatının xilas edilməsinə imkan yaradır".
Azad olunmuş ərazilərdə Qan Bankının regional bölmələri yaradılacaq Azad olunmuş ərazilərdə Qan Bankının regional bölmələri yaradılacaq
Mənbə oxu.az

Oxşar Xəbərlər