Cəmiyyət

Bakıda "Son zəng" həyəcanı - FOTO

13 Jun 2026, 11:22 3 baxış
Bakıda "Son zəng" həyəcanı - FOTO
Bu gün Azərbaycanda 2025-2026-cı tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində "Son zəng" çalınır. Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, bu tədris ilində Azərbaycanda 116 550 şagird məzun olur. Onlardan 55 min 954 nəfəri qız, 60 min 596-sı isə oğlandır. İşğaldan azad edilmiş ərazilərdə yerləşən 25 ümumi təhsil müəssisəsində də "Son zəng" tədbiri keçirilir, 171 məzun məktəblə vidalaşır. 2015-ci ildən etibarən Azərbaycanın məktəblərində "Son zəng" mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Bu il bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi olaraq "Son zəng" tədbiri iyunun 14-nə düşsə də, həmin tarix bazar gününə təsadüf edir. Bu səbəbdən "Son zəng" iyunun 13-də keçirilib. Bu gün ölkənin digər ümumtəhsil müəssisələri kimi Bakı şəhəri Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə də "Son zəng" tədbiri keçirilir, məzunlar məktəblə vidalaşırlar.
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Bakıda "Son zəng" həyəcanı - FOTO Bakıda "Son zəng" həyəcanı - FOTO Bakıda "Son zəng" həyəcanı - FOTO Bakıda "Son zəng" həyəcanı - FOTO Bakıda "Son zəng" həyəcanı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər