Cəmiyyət

Nərminə Həsənova: "MiniBoss Biznes Məktəbi" 80-dən çox layihəsi ilə 6-cı ilini başa vurur"

13 Jun 2026, 11:26 3 baxış
Nərminə Həsənova: "MiniBoss Biznes Məktəbi" 80-dən çox layihəsi ilə 6-cı ilini başa vurur"
"Bu gün "MiniBoss Biznes Məktəbi" tərəfindən növbəti milli çempionat keçirilir və 20 layihə təqdim olunacaq". Bunu Oxu.Az-a açıqlamasında "MiniBoss Business School Baku"nun təsisçisi Nərminə Həsənova deyib. Təsisçi vurğulayıb ki, hər bir layihə cəmi 2 ay ərzində hazırlanıb: "Yəni, qrant alınan müddətdən təqdim olunan ideyalar real məhsula çevrilib. İlk dəfədir ki, 20 layihənin 40 faizi milli irsimizi və mədəniyyətimizi əks etdirən layihələr olacaq. Hər bir ideyanı uşaqlar özləri düşünüblər", - deyə təsisçi vurğulayıb. "Şagirdlərimizi gələcəkdə İsveçrənin Davos şəhərində keçiriləcək dünya çempionatı gözləyir. Onlar yarışlarda nə qədər çox qeyri-adi və maraqlı layihələr təqdim edəcəklərsə, bir o qədər çox Azərbaycanı beynəlxalq arenada tanıdacaqlar. Mən çox xoşbəxtəm ki, 5 layihə ilə fəaliyyətə başlayan "MiniBoss Biznes Məktəbi" 80-dən çox layihəsi ilə 6-cı ilini başa vurur", - N.Həsənova qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər