Cəmiyyət

Alina Xələfova: "Mənfəətlilik şagirdlərin startap layihələrində ən çox bal gətirən meyardır"

13 Jun 2026, 11:44 1 baxış
Alina Xələfova: "Mənfəətlilik şagirdlərin startap layihələrində ən çox bal gətirən meyardır"
"Startaplar üzrə keçirilən milli çempionatımız hesabat xarakterlidir. Bu, 8 illik bir məktəbdir və hər ilin sonunda uşaqlar bir startapla çıxış edirlər". Bunu Oxu.Az-a açıqlamasında "MiniBoss Business School Baku"nun direktoru Alina Xələfova deyib. Direktorun sözlərinə görə, startap onun üçün lazımdır ki, şagirdlərin il ərzində əldə etdikləri nəzəri biliklər təcrübədə tətbiq olunsun: "Həm uşaqların səhnə bacarıqları nümayiş olunur, həm bilik bazası və təcrübələri artır. Düşünürəm ki, az yaşda səhnədə yüzlərlə insanın qarşısında çıxış etmək böyük bir bacarıqdır. Münsiflər heyəti onların layihələrini izləyir və 4 meyar üzrə onları qiymətləndirəcəklər. Bu meyarlar mənfəətlik, innovativlik, sosial mediada işıqlandırma və münsiflər heyətinin suallarına cavab vermək bacarığıdır. Ən yüksək balı verən meyar isə mənfəətlilikdir".
Mənbə oxu.az

Oxşar Xəbərlər