Cəmiyyət
AZAL Naxçıvana reysləri bərpa etdi
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub və uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bölgədə hava şəraitinin sabitləşməsindən sonra reyslərin yerinə yetirilməsi normal rejimdə davam etdirilir.
Qeyd edək ki, ötən gün axşam hava şəraitinə görə Naxçıvana uşan təyyarələr Bakıya geri qayıtmışdı.
Mənbə
axar.az