Cəmiyyət

Məmmədlidə evlər hələ də su altındadır: Zəhərli ilanlar peyda olub - VİDEO

13 Jun 2026, 03:00 1 baxış
Məmmədlidə evlər hələ də su altındadır: Zəhərli ilanlar peyda olub - VİDEO
Baku TV-də bir neçə gün əvvəl Abşeron rayonunun Məmmədli qəsəbəsində gölün səviyyəsinin qalxması nəticəsində fərdi yaşayış evlərinin və küçələrin su altında qalması ilə bağlı süjet yayımlanmışdı. Çəkiliş qrupu yenidən əraziyə baş çəkib. Müşahidələr göstərib ki, vəziyyət hələ də dəyişməyib. "Həkimə gedə bilmirəm. Çox pis vəziyyətdəyik, dözülməz şəraitdə yaşayırıq", - deyə sakinlərdən biri bildirib.
"Qurbağaların, ilanların əlindən evimizdən çölə çıxa bilmirik. Heç kim maraqlanmır, şikayətlərimizə baxan yoxdur", - deyə başqa bir sakin qeyd edib. Sakinlər problemin qısa müddətdə həll olunmasını və aidiyyəti qurumların məsələyə müdaxilə etməsini tələb edirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər