Cəmiyyət
TIR-a ildırım düşməsi təhlükəsizlik məsələsini yenidən gündəmə gətirdi - VİDEO
Ağdaşda yük avtomobilini ildırım vurub, nəqliyyat vasitəsi bir neçə dəqiqə ərzində alova bürünüb. Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə Ağdaş rayonunun Ləki kəndində baş verib. Nurlan Allahverdiyevin idarə etdiyi TIR-a ildırım düşməsi nəticəsində avtomobil yanıb. Baş verən hadisə ildırımlı hava şəraitində avtomobillərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Mütəxəssislərin sözlərinə görə, avtomobillərin metal konstruksiyaya malik olması onları ildırım zərbəsinə qarşı daha həssas edir.
Xüsusilə, elektromobillərin və plug-in hibrid nəqliyyat vasitələrinin sayının artdığı bir dövrdə bu məsələ daha çox maraq doğurur. Avtomobil ustası Sahil Ağabəyli bildirib ki, həmin nəqliyyat vasitələrində yüksəkgərginlikli batareyalar xüsusi mühafizə sistemləri ilə təchiz olunsa da, ildırım vurması zamanı texniki nasazlıq və zədələnmə riski tam aradan qalxmır. Bu isə yanğın təhlükəsi yarada bilər. Onun sözlərinə görə, təhlükəli maye daşıyan nəqliyyat vasitələrinin sürücüləri bu məsələyə daha həssas yanaşmalıdırlar. Mütəxəssislər ildırımlı hava şəraitində mümkün qədər təhlükəsiz ərazidə dayanmağı, avtomobilin pəncərələrini bağlı saxlamağı və metal hissələrə toxunmamağı tövsiyə edirlər.

Mənbə
oxu.az