Cəmiyyət
Qəşəm Nəcəfzadə: "Kəramət dedi ki, 40 ildir birlikdəsiniz, bezməmisiniz?!" - VİDEO
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qonağı şair, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə olub. Müasir dövrdə ailələrin dağılmasının səbəblərindən və insanların reallıqla barışa bilməməsindən söz açan Qəşəm Nəcəfzadə cəmiyyətdəki bəzi aktual problemlərə toxunub.
"Ailələr dağılır. Niyə? Çünki heç birinin xəyalı yoxdur. Evlənəndən bir-iki ay sonra deyirlər ki, bu mənim xəyalımdakı insan deyil və ayrılırlar. İnsan həyatın ona qismət etdiklərinə qane olmağı bacarmalıdır. Bəzi adamlar fikirləşirlər ki, mən daha yaxşı biri ilə evlənə bilərdim, niyə ömrümü puç etdim?! Halbuki xoşbəxtlik kənarda deyil, insanın öz daxilindədir və qarşındakı ilə dialoq qurmağı bacarmalısan", - deyə o bildirib. Şair həmçinin ailə daxilində sevgi, vərdiş və münasibətlərin formalaşması anlayışına toxunub. Onun sözlərinə görə, ailəni illərlə ayaqda saxlayan güc iddia edildiyi kimi ilk günkü hisslər deyil: "Bu dünyada vərdişdən, bir-birinə bağlanmaqdan daha böyük sevgi yoxdur. Oğlum Kəramət bir dəfə status yazmışdı ki, "ata, 40 ildir bir yerdəsiniz, necə bezməmisiniz, yorulmamısınız?". Əslində, ailəni ayaqda saxlayan bağlanmaq və vərdişdir. Öz həyat yoldaşına hörmət qoymayan, onu xoşbəxt etməyən kişi başqa heç bir qadını da xoşbəxt edə bilməz".

Mənbə
oxu.az
Oxşar Xəbərlər