Cəmiyyət

Azərbaycan filmlərinin gizli arxivi ilk dəfə açıldı - VİDEO

12 Jun 2026, 23:24 2 baxış
Azərbaycan filmlərinin gizli arxivi ilk dəfə açıldı - VİDEO
Baku TV Azərbaycan kino tarixinin unudulmaz səhifələrinə işıq salan eksklüziv reportaj hazırlayıb. Reportajda Əməkdar incəsənət xadimi Ələkbər Muradovun oğlu, rejissor Murad Muradov "Qərib cinlər diyarında" və "Qorxma, mən səninləyəm" kimi ekran işləri barədə heç yerdə yayımlanmayan maraqlı faktlar və arxiv materialları haqqında məlumat verib.
Eksklüziv materiallar arasında rejissoru və rəssamı Əlisəttar Atakişiyev olan "Qərib cinlər diyarında" filminə aid detallar xüsusi diqqət çəkir. Murad Muradovun şəxsi arxivində qorunan filmdəki cinlərdən birinin əlindəki ağacdan silah ilk dəfə nümayiş etdirilib. Bununla yanaşı, çəkilişlərdən öncə aktyorların geyimlərini müəyyən etmək üçün çəkilən eskizlər və orijinal rejissor ssenarisi də ilk dəfə izləyicilərə təqdim olunub. Reportajda rejissor Yuli Qusmanın Ələkbər Muradova öz imzası ilə hədiyyə etdiyi orijinal ssenari vasitəsilə "Qorxma, mən səninləyəm" filminin gizli qalan faktı da üzə çıxıb. Məlum olub ki, filmin adı ilkin olaraq "Onsuz da mən səni sevirəm" kimi planlaşdırılsa da, sonda indiki adı seçilib. Ələkbər Muradovun həm də bu ekran işində epizodik rolda çıxış etdiyi vurğulanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər