Cəmiyyət

Nəzrin Atakişiyeva: "Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur"

12 Jun 2026, 22:36 3 baxış
Nəzrin Atakişiyeva: "Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur"
"Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürur və məsuliyyətdir". Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Kəlbəcər şəhər Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin məzunu Nəzrin Atakişiyeva deyib. Azad Kəlbəcərin ilk məzunu olan Nəzrin sinfin yeganə şagirdi olsa da, özünü heç vaxt tək hiss etmədiyini, hər zaman müəllimlərin və məktəb kollektivinin böyük sevgisi ilə əhatə olunduğunu bildirib. O, bu gün həm də Kəlbəcərin dirçəlişini və gələcəyinə olan inamı təmsil etdiyini vurğulayıb. "Mən çox şanslıyam ki, Kəlbəcərin ilk məzunu kimi yaddaşlarda qalacağam. Məktəbdə keçirdiyim bu bir il mənə doğma yurdumda oxumağın dəyərini və Vətən sevgisinin əsl mənasını yaşatdı", - deyə Nəzrin bildirib. Qeyd edək ki, sabah azad Kəlbəcərdə ilk dəfə "Son zəng" tədbiri keçiriləcək. Nəzrin Atakişiyeva Kəlbəcər şəhər Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin ilk və tək məzunudur.
{{gallery}}
Nəzrin Atakişiyeva: "Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur" Nəzrin Atakişiyeva: "Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur"
Mənbə oxu.az

Oxşar Xəbərlər