Cəmiyyət

Bakıda "Qazel"lə motosiklet toqquşdu: ölən var

11 Jun 2026, 09:35 12 baxış
Bakıda "Qazel"lə motosiklet toqquşdu: ölən var

Bakıda "Qazel"lə motosiklet toqquşması nəticəsində bir nəfər ölüb.


Axar.az Report-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.


1985-ci il təvəllüdlü Qurbanov Rafiz İbrahimxəlil oğlu idarə etdiyi "Qazel" markalı avtomobillə hərəkətdə olarkən 2008-ci il təvəllüdlü Məhəmməd Mirzə Arif oğlunun idarə etdiyi "Tufan" markalı motosikllə toqquşub. Nəticədə sərnişin Məmmədov Nihat Elmar oğlu xəsarət almış, sürücü - Mirzə Məhəmməd aldığı xəsarətlərdən ölüb.


Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər