Cəmiyyət

Araz Nəsirov vəzifəsindən azad olundu

10 Jun 2026, 23:42 11 baxış
Araz Nəsirov vəzifəsindən azad olundu

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavinlərindən biri öz istəyi ilə vəzifədən azad olunub.


Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.


Əmrə əsasən, Araz Nəsirov TƏBİB-in icraçı direktorunun müavini vəzifəsindən azad olunub.


Qeyd edək ki, A.Nəsirov 2022-ci ilin dekabr ayından bu vəzifədə çalışırdı.


O, 2018-2022-ci illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri olub.

Mənbə axar.az

Oxşar Xəbərlər