Cəmiyyət

Baku.ws uşaqlar, sosial media və qadcetlər mövzusunda Sİ video müsabiqəsi elan edir

10 Jun 2026, 15:38 2 baxış
Baku.ws uşaqlar, sosial media və qadcetlər mövzusunda Sİ video müsabiqəsi elan edir
Baku.ws uşaqların sosial media və qadcetlərdən istifadəsinin təsirinə diqqət çəkmək məqsədilə süni intellekt (Sİ - AI) texnologiyalarından istifadə etməklə hazırlanacaq sosial videolar üzrə müsabiqə elan edib. Müsabiqənin məqsədi uşaqların rəqəmsal mühitdə üzləşdiyi risklər, valideyn məsuliyyəti və sağlam rəqəmsal vərdişlərin formalaşdırılması ilə bağlı ictimai maarifləndirməyə töhfə verməkdir. Müsabiqə "Uşaqlar, sosial media və qadcetlər" mövzusuna həsr olunub. İştirakçılar mövzu ilə bağlı süni intellekt alətlərindən istifadə etməklə hazırladıqları sosial videoları təqdim edə bilərlər. Mükafat fondu aşağıdakı kimidir: - I yer - 1 500 manat; - II yer - 1 000 manat; - III yer - 500 manat. Müsabiqənin şərtlərinə əsasən, videolar süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlanmalı, müddəti 30 saniyəni keçməməli, Azərbaycan dilində və ya Azərbaycan dilində subtitrlərlə təqdim edilməlidir. Hər iştirakçı müsabiqəyə maksimum üç video təqdim edə bilər. İşlərin qəbulu 11 iyun - 30 iyun 2026-cı il tarixlərini əhatə edir. Videolar [email protected] elektron ünvanına göndərilməlidir. Təqdim olunan işlər əvvəlcə xüsusi komissiya tərəfindən qiymətləndiriləcək və final mərhələsinə vəsiqə qazanan videolar müəyyən ediləcək. Finala çıxan işlər Baku.ws-in "Instagram" səhifəsində paylaşılacaq və qaliblər onlayn səsvermə yolu ilə seçiləcəklər. Final mərhələsi və səsvermənin 1-9 iyul tarixlərində keçirilməsi, qaliblərin isə 10 iyul 2026-cı ildə elan olunması nəzərdə tutulur. Baku.ws bütün yaradıcı şəxsləri və süni intellekt texnologiyalarına maraq göstərən istifadəçiləri müsabiqədə iştiraka dəvət edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər