Cəmiyyət
Kitabxana işçilərinin attestasiyası keçiriləcək - Nazirdən AÇIQLAMA
"Kitabxana sahəsində çalışanların attestasiyası keçiriləcək". Oxu.Az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirəsində deyib. Onun sözlərinə görə, vəzifəsinə uyğun şəxslər daha peşəkar formada fəaliyyətlərini davam etdirəcəklər: "Kimlər uyğun deyil, onlarla bağlı qanunvericiliyə uyğun addımlar atılacaq".
Mənbə
oxu.az