Cəmiyyət

Bakının İzmit parkında söküntünün məqsədi... - Rəsmi

10 Jun 2026, 13:09 2 baxış
Bakının İzmit parkında söküntünün məqsədi... - Rəsmi

Xəbər verdiyimiz kimi, Bakının Nəsimi rayonu ərazisində yerləşən İzmit parkında söküntü aparılır.


Məsələ ilə bağlı Axar.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra hakimiyyətindən bildirilib ki, İzmit parkında işlər təmir məqsədlidir.


“Nəsimi Rayon Mənzil Kommunal-Təsərrüfatı Birliyi 20 Yanvar küçəsində yerləşən İzmit parkında mövcud olan idman qurğularının istismar müddətini başa vurduğuna görə təhlükəli vəziyyətə düşdüyünü bildirir. Ona görə də parkda cari təmir işləri çərçivəsində həmin qurqular sökülərək götürülüb. Təmiri mümkün olan avadanlıqlar təmir ediləcək, tam yararsız olan alətlərin isə yeniləri ilə əvəz olunması nəzərdə tutulub”, - qurumdan qeyd edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər