Cəmiyyət
Kitabxanalarda internet əhatəsi beynəlxalq normadan 4 dəfə aşağıdır - RƏSMİ
"Hazırda 411 kitabxanada internetə çıxış mövcuddur". Oxu.Az xəbər verir ki, bu, Milli Məclisin Mədəniyyət komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirəsində mədəniyyət nazirinin müavini Fərid Cəfərovun mərkəzləşdirilmiş kitabxana sistemi ilə bağlı təqdimatında qeyd olunub.
O bildirib ki, həmin kitabxanalarda internet əhatəsi 20 faizdir: "Bu da beynəlxalq normadan dörd dəfə aşağıdır. Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutları Federasiyası isə ən azı 80 faiz hədəf müəyyən edir. Həmçinin, 76 kitabxanada Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemi (KOHA) tətbiq edilib. Bu sistem 4 faiz kitabxanada istifadədədir".

Mənbə
oxu.az