Cəmiyyət

Yanvar-may aylarında neçə şəxsə əlillik təyin olunub?

10 Jun 2026, 11:36 29 baxış
Yanvar-may aylarında neçə şəxsə əlillik təyin olunub?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-may ayları ərzində 19.4 min şəxsə əlillik təyin edilib. Oxu.Az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, onlardan 8.6 min şəxsə ilkin, 10.8 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər