Cəmiyyət

Azərbaycanda kitabxana fondunun 57.6 faizi kiril qrafikasındadır

10 Jun 2026, 11:58 3 baxış
Azərbaycanda kitabxana fondunun 57.6 faizi kiril qrafikasındadır
"Hazırda kitabxanaların 90 faizindən çoxu beynəlxalq standartlara (bina, struktur, xidmət sahəsi və s.) cavab vermir". Oxu.Az xəbər verir ki, bu, Milli Məclisin Mədəniyyət komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirəsində mədəniyyət nazirinin müavini Fərid Cəfərovun Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə bağlı təqdimatında əksini tapıb.
Qeyd edilib ki, sistemdə olan işçilərin 7.7 faizi ixtisas, 10.4 faizi ali-qeyri ixtisas, 39.3 faizi orta ixtisas, 42.6 faizi isə ümumi orta təhsillidir: "Kitabxana fondunun 57.6 faizi kiril qrafikasındadır. Fondun 4 faizi elmi, 8 faizi uşaq ədəbiyyatıdır".
Azərbaycanda kitabxana fondunun 57.6 faizi kiril qrafikasındadır Azərbaycanda kitabxana fondunun 57.6 faizi kiril qrafikasındadır
Mənbə oxu.az

Oxşar Xəbərlər