İdman

Qadın futbolçulardan ibarət millimiz Şimali Makedoniyanı məğlub etdi

09 Jun 2026, 23:30 3 baxış
Qadın futbolçulardan ibarət millimiz Şimali Makedoniyanı məğlub etdi
Azərbaycanın qadın futbolçulardan ibarət yığması dünya çempionatının seçmə mərhələsində son oyununu keçirib. Oxu.Az xəbər verir ki, C liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda səfərdə Şimali Makedoniya yığması ilə üz-üzə gəlib. Bitola şəhərindəki "Petar Miloşevski" stadionundakı qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb - 1:3. Komandanın qollarını Kristina Bakarandze (8), Manə Mollayeva (28), Nigar Mirzəliyeva (37) vurublar. Qeyd edək ki, qrupda Macarıstan 16 xalla birinci, Azərbaycan 12 xalla ikinci, Şimali Makedoniya 6 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü pillədə yer alıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər