İdman

Millimiz səfərdə Şimali Makedoniyanı məğlub etdi

09 Jun 2026, 23:36 2 baxış
Millimiz səfərdə Şimali Makedoniyanı məğlub etdi

Azərbaycanın qadın futbolçulardan ibarət millisi dünya çempionatının seçmə mərhələsində son oyununu keçirib.


Axar.az xəbər verir ki, C liqasının 3-cü qrupunda yer alan millimiz səfərdə Şimali Makedoniya yığması ilə üz-üzə gəlib.


Bitola şəhərindəki "Petar Miloşevski" stadionundakı görüş Azərbaycan komandasının qələbəsi ilə başa çatıb - 3:1. Komandanın qollarını Kristina Bakarandze (8), Manə Mollayeva (28), Nigar Mirzəliyeva (37) vurub.


Qeyd edək ki, qrupda Macarıstan 16 xalla birinci, Azərbaycan 12 xalla ikinci, Şimali Makedoniya 6 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü pillədə yer alıb.

Mənbə axar.az

Oxşar Xəbərlər