İdman
"Qarabağ" bir gündə iki yoldaşlıq görüşü keçirəcək
"Qarabağ" futbol klubunun 2026/2027 mövsümünə hazırlıq planı bəlli olub. Oxu.Az kluba istinadən xəbər verir ki, iyunun 10-da Bakıda bir araya gələcək komanda hazırlığın ilk mərhələsini paytaxtda keçəcək. Daha sonra "Qarabağ" iyunun 22-də Avstriyaya yollanacaq. Komanda hazırlığın ikinci mərhələsini Tirol əyalətində keçirəcək. Avstriya toplanışı iyulun 2-dək davam edəcək. Təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Komanda iyunun 27-də Bolqarıstanın ÇSKA (Sofiya) klubu ilə qarşılaşacaq. Görüş yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 19:00) başlayacaq. "Qarabağ" iyulun 1-də iki görüşə çıxacaq. Komanda toplanışda ikinci yoxlama matçını iyulun 1-də Ukraynanın "Metallist" komandasına qarşı keçirəcək. Oyun yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə saat 15:00) start götürəcək. Avstriya hazırlığında son rəqib "Ferentsvaroş" olacaq. Macarıstan təmsilçisi ilə qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Mənbə
oxu.az