İdman
"Turan Tovuz" kapitanı ilə yollarını ayırdı
"Turan Tovuz" klubu futbolçusu Şəhriyar Əliyev ilə yollarını ayırıb. Oxu.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, müdafiəçi ilə müqavilənin müddəti başa çatdığı üçün tərəflər arasında əməkdaşlığa son qoyulub. Qeyd olunub ki, Şəhriyar Əliyev 2022/23-cü illər mövsümündə komandanın Premyer Liqaya yüksəlməsindən etibarən "Turan Tovuz"un formasını daşıyıb və kapitan kimi çıxış edib. Klub futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında və şəxsi həyatında uğurlar arzulayıb.
Mənbə
oxu.az