İdman

DÇ-2026: İrana ayrılan azarkeş biletləri ləğv edildi

09 Jun 2026, 16:12 2 baxış
DÇ-2026: İrana ayrılan azarkeş biletləri ləğv edildi

DÇ-2026-nın başlamasına iki gün qalmış İran millisinin azarkeşləri üçün ayrılmış bilet kvotası ləğv edilib.


Axar.az Qol.az-a istinadla xəbər verir ki, bu barədə İran Futbol Federasiyası (İFF) açıqlama yayıb.


İran tərəfi bildirib ki, bir çox azarkeş rəsmi prosedurlara əsaslanaraq ABŞ-a səfər planlarını artıq hazırlasa da, komandanın oyunlarına bilet əldə etmək imkanından məhrum olub.


Qeyd olunub ki, iştirakçı ölkələrin federasiyalarına adətən hər oyun üçün ayrılan bilet kvotası gözlənilmədən geri götürülüb. İran tərəfi bunu beynəlxalq yarışların ruhuna və iştirakçı ölkələr arasında bərabərlik prinsipinə zidd addım kimi qiymətləndirib.


İFF qərarın kim tərəfindən verildiyini açıqlamayıb, lakin FİFA-nı məsələyə müdaxilə etməyə və neytrallıq prinsiplərinə əməl olunmasını təmin etməyə çağırıb. FİFA isə hələlik rəsmi mövqe bildirməyib.


Qeyd edək ki, İran millisi dünya çempionatının G qrupunda Belçika, Misir və Yeni Zellandiya ilə qarşılaşacaq. Komandanın qrup mərhələsindəki bütün oyunları ABŞ-da keçiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər