İdman

Premyer Liqa klubunda transfer hərəkətliliyi - Millimizin üzvü ilə anlaşıldı, hücumçu ilə danışıq aparılır

09 Jun 2026, 15:48 3 baxış
Premyer Liqa klubunda transfer hərəkətliliyi - Millimizin üzvü ilə anlaşıldı, hücumçu ilə danışıq aparılır
"Şamaxı" futbol klubu növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir. Oxu.Az İdmanxeber.az-a istinadla xəbər verir ki, bölgə təmsilçisi U-21 millimizin üzvü Emil Rüstəmovla anlaşıb. Gənc müdafiəçi növbəti mövsüm Şamaxı klubunun formasını geyinəcək. Hazırda millimizlə Türkiyədə toplanışda olan müdafiəçi ilə ölkəmizə qayıtdıqdan sonra müqavilə imzalanacaq. "Şamaxı" müdafiə ilə yanaşı, hücum xəttini də gücləndirmək istəyir. Rəhbərlik hazırda Uğur Cahangirovla danışıq aparır. Tərəflərin yaxın zamanda anlaşma əldə edəcəkləri gözlənilir. Xatırladaq ki, Emil Rüstəmov və Uğur Cahangirov ötən mövsümü "Karvan-Yevlax"da keçiriblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər