İdman

Xəyal Əliyev milli komandadan ayrılıb Madridə yollandı - SƏBƏB

09 Jun 2026, 14:24 1 baxış
Xəyal Əliyev milli komandadan ayrılıb Madridə yollandı - SƏBƏB
Azərbaycan millisinin futbolçusu Xəyal Əliyev düşərgədən ayrılıb. Bu barədə Oxu.Az-a AFFA-dan məlumat verilib. Macarıstanın Sombatxey şəhərində iyunun 5-də Malta yığmasına qarşı keçirilən yoldaşlıq görüşündə zədələnən oyunçu müalicə olunmaq üçün İspaniyanın paytaxtı Madridə gedib. Xatırladaq ki, Azərbaycan millisi bu gün San Marino ilə üz-üzə gələcək. Görüş "Haladaş" stadionunda, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər