Afrikanın ən yaxşı hakimi ABŞ-a buraxılmadı
Somalili FİFA hakimi Ömər Əbdülqadir Artanın ABŞ-a daxil ola bilməmısi və geri qaytarılması ilə bağlı yeni detallar üzə çıxıb.
Axar.az Qol.az-a istinadla xəbər verir ki, DÇ-2026-nın oyunlarına təyinat alan Artan Mayamiyə Türkiyədən uçub.
O, hava limanında əlavə yoxlamadan keçirilib. Yoxlamadan sonra somalili referinin ölkəyə girişinə icazə verilməyib.
Bununla da Ömər Artan dünya çempionatında iştirak edən ilk somalili hakim olmaq şansını itirib.
Qeyd edək ki, Artan daha əvvəl Afrikanın ən yaxşı hakimi seçilmişdi. Onun fəaliyyəti hətta FİFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina tərəfindən də yüksək qiymətləndirilmişdi.
FİFA məsələ ilə bağlı açıqlamasında hakimin DÇ-də iştirak etməyəcəyini təsdiqləyib və viza-miqrasiya prosedurlarının ev sahibi ölkənin səlahiyyətində olduğunu bildirib.
ABŞ tərəfi isə Artanın statusunun dəyişdirilməyəcəyini açıqlayıb. Daha əvvəl mundial iştirakçılarından bəzilərinin viza problemləri həll olunsa da, somalili hakimin məsələsində müsbət qərar verilməyib.
Xatırladaq ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
Oxşar Xəbərlər