İqtisadiyyat
Naxçıvana proqnozdan 55 milyon manat az dotasiya ödənilib
"Ötən il Azərbaycanda regionların dövlət büdcəsindən asılılığı daha da azalıb. 2025-ci ildə xərclərin səmərəli, ünvanlı və ehtiyaclara uyğun icrası təmin olunub. İcmal büdcə xərcləri qeyri-neft-qaz ümumi daxili məhsulun (ÜDM) 48.4%-nə bərabər olub".
Oxu.Az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, Naxçıvana dotasiya proqnozla nisbətdə 55 milyon manat az - 160 milyon manat icra olunub: "Dotasiyadan asılılıq rayonlarımızda da azalıb və cəmi dörd rayona 1.5 milyon manat dotasiya verilib".

Mənbə
oxu.az