İqtisadiyyat
Azərbaycan həmtəsisçi olduğu beynəlxalq fondlara 180 milyon manatdan çox pul yönəldib
Ötən il xarici yardımlar üzrə xərclər üçün 11.4 milyon manat istifadə olunub. Oxu.Az-ın məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsində əksini tapıb. O cümlədən beynəlxalq ictimai-siyasi təşkilatlara və maliyyə institutlarına yardımlar üzrə 4.2 milyon manat, beynəlxalq təşkilatların ölkəmizdə yerləşən ofislərinin fəaliyyətinə yardımlar üzrə 4.8 milyon manat, baş vermiş təbii fəlakətlər, humanitar böhran və digər səbəblərlə bağlı xarici ölkələrə yardımlar üzrə 2.3 milyon manat və sair xərclər üzrə 102.7 min manat istifadə olunub. Ölkəmizin həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi məqsədilə 181.9 milyon manat (o cümlədən Türk İnvestisiya Fondu üçün 30.6 milyon manat, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti (Fond) üçün 108.8 milyon manat və Azərbaycan-Qırğız İnkişaf Fondu üçün 42.5 milyon manat) vəsait ayrılıb.
Mənbə
oxu.az