İqtisadiyyat
2026-cı ilin əvvəlinə dövlət borcu 25.9 milyard manat olub
2026-cı il 1 yanvar tarixinə Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləği 25987,5 milyon manat və ya 2025-ci il üzrə faktiki ÜDM-in 20,1 faizini təşkil edib. Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsində əksini tapıb. Qeyd olunub ki, ümumi dövlət borcunun 31,5 faizi xarici dövlət borcunun, 68,5 faizi isə daxili dövlət borcunun payına düşür ("Aqrarkredit" QSC-nin daxili dövlət borcuna aid edilmiş 8797,9 milyon manat məbləğində öhdəlikləri nəzərə alınmadan, dövlət borcunun 47,6 faizi xarici dövlət borcunun, 52,4 faizi isə daxili dövlət borcunun payına düşmüş olur).
Mənbə
oxu.az