İqtisadiyyat

Bu neft kəməri SOCAR-ın operatorluğuna keçdi

09 Jun 2026, 10:13 8 baxış
Bu neft kəməri SOCAR-ın operatorluğuna keçdi

8 iyun 2026-cı il tarixindən etibarən Qərb İxrac Boru Kəməri (QİBK) və onun ayrılmaz hissəsi olan Supsa terminalı “SOCAR Midstream Operations” MMC-nin operatorluğuna keçib.


Axar.az APA-ya istinadla xəbər verri ki, bu barədə “SOCAR Midstream Operations" məlumat yayıb.


Bildirilib ki, Gürcüstanın Neft və Qaz Korporasiyası ilə SOCAR arasında əldə olunmuş razılaşmaya uyğun olaraq, bp ilə mövcud operatorluq müqaviləsi başa çatıb və əməliyyat məsuliyyəti “SOCAR Midstream” tərəfindən qəbul edilib.


Qeyd olunub ki, Xəzər regionunu Qara dəniz və beynəlxalq bazarlarla birləşdirən əsas enerji marşrutlarından biri olan QİBK regional enerji infrastrukturunun mühüm tərkib hissəsi kimi strateji əhəmiyyətini qorumaqda davam edir.


Xatırladaq ki, öncə qeyd olunan infrastruktur obyektlərinin operatoru BP şirkəti idi.

Mənbə axar.az

Oxşar Xəbərlər