İdman
Özbək futbolçular ABŞ-da cinayətkarlar kimi yoxlanıldı - Video
Futbol üzrə Özbəkistan milli koamndası Niderland yığması ilə keçiriləcək yoldaşlıq oyunu üçün Nyu-Yorka gəldikdən sonra ciddi təhlükəsizlik yoxlamasından keçib.
Axar.az xəbər verir ki, bu barədə Teleqram kanallarında görüntü paylaşılıb.
Görüntülərdə hər bir heyət üzvünün metal detektorlardan keçirilərək, xüsusi təlim keçmiş narkotik itləri ilə axtarıldığı görünür.
Təhlükəsizlik xidmət əməkdaşlarının furbolçulara qarşı cinayətkar kimi yanaşması sosial şəbəkələrdə ciddi etirazlara səbəb olub.
Qeyd edək ki, Özbəkistan yığması futbol üzrə Dünya çempionatında Portuqaliya, Kolumbiya və Konqo Demokratik Respublikası ilə K qrupunda mübarizə aparacaq.
Mənbə
axar.az