İdman

İtaliya futbolunun əfsanəsi Nesta "Avellino"ya baş məşqçi təyin edildi

09 Jun 2026, 02:12 2 baxış
İtaliya futbolunun əfsanəsi Nesta "Avellino"ya baş məşqçi təyin edildi
İtaliya millisinin heyətində dünya çempionu olmuş, "Milan"la UEFA Çempionlar Liqasının ikiqat qalibi Alessandro Nesta "Avellino" klubunun baş məşqçisi təyin edilib. Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər 2028-ci il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalayıblar. Ötən mövsüm "Avellino" İtaliya B Seriyasında 8-ci yeri tutub. Alessandro Nesta məşqçilik karyerası ərzində "Mayami", "Peruça", "Frozinone" və "Montsa" klublarını da çalışdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər