İdman
Neymarın sağlamlıq durumu ilə bağlı açıqlama verildi
Braziliya millisinin hücumçusu Neymarın bərpa prosesində müsbət irəliləyiş qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası (CBF) "X" sosial şəbəkəsində məlumat yayıb. "Neymar bazar ertəsi MRT müayinəsindən keçib və nəticələr onun bərpa prosesinin gözlənilən qrafik üzrə uğurla davam etdiyini göstərib. O, Braziliya millisinin tibbi komissiyası tərəfindən müəyyənləşdirilmiş proqram əsasında müalicəsini davam etdirəcək", - deyə paylaşımda bildirilib. Futbolçu zədəni "Santos"un "Kuritiba"ya 0:3 hesabı ilə məğlub olduğu görüşdə alıb. Müayinələr zamanı Neymarın sağ baldır əzələsində zədə aşkarlanıb. 34 yaşlı hücumçu Braziliya millisinin tarixində ən məhsuldar futbolçudur. O, milli komandanın heyətində keçirdiyi 128 oyunda 79 qola imza atıb. Qeyd edək ki, Braziliya yığması dünya çempionatında Mərakeş, Haiti və Şotlandiya milliləri ilə eyni qrupda mübarizə aparacaq.
Mənbə
oxu.az