İdman

Azərbaycanın sərbəst güləş millilərində yeni məşqçi təyinatları olub

08 Jun 2026, 23:12 2 baxış
Azərbaycanın sərbəst güləş millilərində yeni məşqçi təyinatları olub
Sərbəst güləş üzrə aşağı yaş qrupları üzrə milli komandaların tərkibi yenidən formalaşıb. Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, Arif Abdullayev böyüklərdən ibarət milli komandanın məşqçilər heyətinə cəlb edilib. U-20 milli komandasının böyük məşqçisi vəzifəsinə Əşrəf Əliyev təyin edilib. Rövşən Hacıyev və Nazim Əlicanovla yanaşı, Əsgərxan Novruzov da bu komandada köməkçi-məşqçi funksiyasını yerinə yetirəcək. U-17 milli komandasının böyük məşqçisi vəzifəsi Hacı Əliyevə həvalə edilib. Məşqçilər heyətində Qırxlar Bədəlov, Allahverdi Vəliyev və Yaşar Əliyev də yer alıb. U-15 milli komandasında böyük məşqçi vəzifəsini isə Emin Əzizov icra edəcək. Bu komandada digər məşqçilər Elşad Allahverdiyev və Əliabbas Rzazadə olacaq. Abil İbrahimov isə məşvərətçi-məşqçi statusu ilə milli komandaya dəstək verəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər