İdman

"Liverpul"un keçmiş hücumçusu karyerasını başa vurdu - FOTO

08 Jun 2026, 20:48 1 baxış
"Liverpul"un keçmiş hücumçusu karyerasını başa vurdu - FOTO
"Liverpul"un keçmiş hücumçusu Divok Oriqi peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb. Oxu.Az bu barədə Sport24.ru-ya istinadən xəbər verir. "Oyunçu kimi futboldakı məqsədimə çatdım. Uşaqlıq arzularımı gerçəkləşdirdim - ən böyük arenalarda çıxış etdim və ən nüfuzlu kubokları qazandım. Bütün bunlara görə Tanrıya minnətdaram. Missiya tamamlandı. İndi məni yeni bir tale gözləyir. Səyahət davam edir", - deyə 31 yaşlı belçikalı futbolçu müraciətində bildirib. Qeyd edək ki, Oriqi "Liverpul"un heyətində 175 oyunda meydana çıxıb və 41 qol vurub. Hücumçu "qırmızılar"ın tərkibində 2018/19 mövsümündə UEFA Çempionlar Liqasının qalibi olub, İngiltərə çempionluğunu qazanıb. O həmçinin İngiltərə Kuboku, Liqa Kuboku, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi adını qazanıb. Bundan əlavə, belçikalı futbolçu karyerası ərzində "Milan", "Lill", "Volfsburq" və "Nottingem Forest" klublarında da çıxış edib.
"Liverpul"un keçmiş hücumçusu karyerasını başa vurdu - FOTO "Liverpul"un keçmiş hücumçusu karyerasını başa vurdu - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər