İdman

Bu ölkə avrokubok matçını Azərbaycanda keçirəcək

08 Jun 2026, 20:08 3 baxış
Bu ölkə avrokubok matçını Azərbaycanda keçirəcək

Belarusun BATE klubu UEFA Konfrans Liqasında ev oyunlarını Azərbaycanda keçirəcək.


Axar.az Qol.az-a istinadən xəbər verir ki, Borisov təmsilçisi ev arenası kimi Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunu sifariş edib. BATE Konfrans Liqasındakı rəqiblərini məhz bu stadionda qəbul edəcək.


Qeyd edək ki, BATE Konfrans Liqasına 1-ci təsnifat mərhələsindən qoşulacaq. Bu mərhələnin püşkatma mərasimi iyunun 16-da keçiriləcək. Oyunlar isə iyulun 9-u və 16-da baş tutacaq.


Qeyd edək ki, Ukraynadakı müharibə ilə əlaqədar UEFA Belarus komandalarına doğma meydanda oyun keçirmək qadağası qoyub.

Mənbə axar.az

Oxşar Xəbərlər