İdman

“Qarabağ”dan Maksim Medvedevlə bağlı qərar

08 Jun 2026, 20:35 2 baxış
“Qarabağ”dan Maksim Medvedevlə bağlı qərar

“Qarabağ” klubu akademiyanın baş koordinatoru Aftandil Hacıyev, baş məşqçilər - Maksim Medvedev və Rəşad Sadiqovla müqavilənin müddətini uzadıb.


Axar.az xəbər verir ki, bu barədə Azərtac-a akademiyanın meneceri Nail Kərimov məlumat verib.


Rəşad Sadiqov Ağdam klubunun U-19 komandasına, Maksim Medvedev isə əvəzedicilərə başçılıq edir.


Klub rəsmisi bildirib ki, əvəzedicilər liqası ləğv olunsa, M.Medvedev başqa işlə təmin olunacaq. O, son olaraq U-16-nın baş məşqçisi olan Rauf Əliyevlə vidalaşdıqlarını təsdiqləyib.

Mənbə axar.az

Oxşar Xəbərlər