İdman
"Qarabağ" Maksim Medvedev və daha iki mütəxəssisi ilə müqaviləni yeniləyib
"Qarabağ" klubu akademiyanın baş koordinatoru Aftandil Hacıyev, baş məşqçilər - Maksim Medvedev və Rəşad Sadiqovla müqavilənin müddətini uzadıb. Oxu.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a akademiyanın meneceri Nail Kərimov məlumat verib. Rəşad Sadiqov Ağdam klubunun U-19 komandasına, Maksim Medvedev isə əvəzediclərə başçılıq edir. Klub rəsmisi bildirib ki, əvəzedicilər liqası ləğv olunsa, M.Medvedev başqa işlə təmin olunacaq. O, son olaraq U-16-nın baş məşqçisi olan Rauf Əliyevlə vidalaşdıqlarını təsdiqləyib.
Mənbə
oxu.az