Digər
Tramp jurnalistə əsəbləşib, müsahibəni yarımçıq kəsdi
ABŞ Prezidenti Donald Tramp aparıcı ilə mübahisədən sonra NBC-yə müsahibəsini yarımçıq qoyub.
Axar.az xəbər verir ki, aparıcı Kristen Uelkerin ABŞ-dakı seçki saxtakarlığı ilə bağlı sualından sonra Tramp medianı qərəzli olmaqda və vicdansızlıqda günahlandırıb.
"Bu ölkədəki seçkiləriniz... Biz üçüncü dünya ölkəsi kimiyik. Seçkiləriniz (2020-ci il seçkiləri – red.) saxtalaşdırılıb, siz də saxtasınız. Meet the Press saxtalaşdırılıb, ABC saxtalaşdırılıb, CBS saxtalaşdırılıb və CNN saxtalaşdırılıb. Siz birtərəfli, vicdansız mediasınız", - deyə Tramp bildirib.
Bundan sonra ABŞ prezidenti aparıcının müsahibəni davam etdirmək cəhdlərinə baxmayaraq ayağa qalxıb studiyanı tərk edib.
Mənbə
axar.az