Digər

Zelenski Londona səfər etdi

07 Jun 2026, 20:33 2 baxış
Zelenski Londona səfər etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyanın Baş naziri Keyr Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merzlə danışıqlar aparmaq üçün Londona gəlib.


Axar.az xəbər verir ki, bu barədə Zelenski Teleqram kanalında məlumat yayıb.


"Bu gün Böyük Britaniyada Keyr Starmer ilə ikitərəfli danışıqlarımız və "E3 plus Ukrayna" formatında görüşümüz olacaq",- o bildirib.


Zelenskinin sözlərinə görə, görüşdə Ukraynaya hərbi dəstək, Avropa təhlükəsizliyi məsələlərində əməkdaşlıq və danışıqlar prosesi müzakirə olunacaq.


O vurğulayıb ki, Avropa ölkələri Rusiya ilə danışıqlarda daha güclü rol oynamalıdır.

Mənbə axar.az

Oxşar Xəbərlər